Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanın əmək bazarında yeni ehtiyaclar yaranacaq- ŞƏRH

Azərbaycanın əmək bazarında yeni ehtiyaclar yaranacaq- ŞƏRH

Azərbaycanda magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb. 

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, sözügedən ixtisaslara Avropada gələcəyin ixtisasları deyilir:

“Avropada artıq 15-20 ildir ki, bu ixtisaslara yiyələnib, onun tədrisi ilə məşğuldurlar. Əgər bu gün bizdə bu ixtisaslara tələbat yoxdursa, yaxın 2-3 ildə həmin ixtisaslara da tələbat olacaq. Əmək bazarı bu ixtisaslar üzrə kadr axtarışında olacaq. İxtisasların elan edilməsi ilə bərabər olaraq bu məsələlər üzərində də iş getməlidir. Xüsusi komissiyalar yaradılmalı, beynəlxalq təcrübə öyrənilməli və Azərbaycan ictimai həyatına adaptasiya edilərək bizim əmək bazarının tələbatına uyğun dərslik və proqramlar hazırlanmalıdır”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …