Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycandan türk ordusuna Afrin dəstəyi- VİDEO

Azərbaycandan türk ordusuna Afrin dəstəyi- VİDEO

Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlının“Zeytun budağı”na Azərbaycan türklərinin də dəstəyini  nümayiş etdirən mahnısı qardaş ölkədə böyük rəğbətlə qarşılanıb.  

Bəstəkar və ifaçı Şəmistan Əlizamanlı Əhməd Cavadın sözlərinə türk əsgərlərinə həsr olunmuş “Yürüyün, əsgər, yürüyün” mahnısını bəstələyib.
Türk ordusunun sivil lərə qarşı həssaslığının da qeyd olunduğu bəstədə eyni zamanda qardaş ölkə əsgərlərinin məsum vətəndaşların imdadına yetişdiyi vurğulanır.
Şəmistan Əlizamanlının bu mahnısına Türkiyə mediası da geniş yer ayırıb. Bunun Azərbaycanın Türk ordusuna növbəti dəstəyi olduğu bildilib. (AzPolitika.info)

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …