Ana səhifə / Cəmiyyət / Azərbaycandan göndərilən yardım Kemerovada paylanıldı – VİDEO

Azərbaycandan göndərilən yardım Kemerovada paylanıldı – VİDEO

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım göndərib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yardım xüsusi təyyarə ilə Kemerovaya göndərilərək zərərçəkənlərə və həlak olanların ailələrinə çatdırılıb.

Rusiya KİV-ləri Azərbaycanın yanğın qurbanlarına humanitar yardım etməsinə xüsusi diqqət ayırıb, bununla bağlı vesti.ru videomaterial hazırlayıb. Bildirilib ki, Azərbaycandan Kemerovaya 2 tona yaxın humanitar yardım göndərilib.

Xatırladaq ki, martın 25-də Kemerovada “Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 64 nəfər həyatını itirib. Ölənlərdən 41-i uşaqdır.

AzVision.az 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …