Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycandan Avropaya yeni reyslər açılır

Azərbaycandan Avropaya yeni reyslər açılır

Azərbaycandan bir sıra istiqamətlərə mütəmadi reyslər açılacaq.

Bunu yerli KİV-ə açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, Asiya istiqamətində reyslərin açılması üzrə danışıqlar yekunlaşmaqdadır: “Hindistan istiqamətində reyslərin açılması planlaşdırılır. Almaniya, İsveç, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir. Məqsəd turistlərin Azərbaycana birbaşa uçuşlarla gəlməsini təmin etməkdir”.

Kənan Quluzadə qeyd edib ki, hazırda 10-dan çox bazarda marketinq işləri aparılır: “İlin sonundan başlayaraq bu istiqamətdə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq. İlk nümayəndəliyin Rusiyada açılacağı gözlənilir. Nəticədə, orada Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq.

Bu, Azərbaycandan həmin ölkələrə turistin birbaşa getməsi üçündür. Eyni zamanda, Azərbaycanı təbliğ etmək və ölkəmizə turistlərin gəlməsinə şərait yaradacaq”.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …