Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycandakı tənqidi fikrə münasibəti necə dəyişək? – ŞƏRH

Azərbaycandakı tənqidi fikrə münasibəti necə dəyişək? – ŞƏRH

Azərbaycan cəmiyyətində əks fikrə dözümsüzlük hər zaman müzakirə mövzusudur. İnsanlar tənqidləri, haqlı iradları yaxınlarına buraxmırlar. Siyasi çevrələrdə bu daha çox müşahidə olunur. Həm iqtidar, həm də müxalifət düşərgəsi onları tənqid edənləri süngü ilə qarşılayırlar.

Maraqlıdır ki, demokratiya, haqq-ədalətdən danışan müxalif liderlərə yönəlik tənqidi fikir səsləndirən hər kəs onların tərəfdarları tərəfindən kütləvi şəkildə hücumlara məruz qalırlar. Bu düşərgə təmsilçiləri onlara müsbət fikir söyləyənləri dostları, əks mövqelər sərgiləyənləri isə düşmənləri kimi qəbul edirlər. Müstəqil fikir sahiblərinə anındaca “xain”, “satqın” damğası vurulur. Bunu zaman-zaman öndə gedən müxalif liderləri tənqid edənlərin timsalında az görməmişik. Bütün bunların səbəbləri barədə fərqli mövqelər səslənir. Belə fikirlər var ki, dünyada əksər cəmiyyətlərdə belədir, yəni Azərbaycan cəmiyyətinə xarakterik xüsusiyyət deyil.

AĞ Partiya başqanı Tural Abbaslı mövcud durumdan təəssüflənir: “Təəssüf ki, bugünkü Azərbaycan siyasi reallığında istər iqtidar, istərsə də müxalifətin böyük bir hissəsi dözümsüzlük sindromundan əziyyət çəkir. Çünki hər iki tərəfin “toxunulmazları” və “müqəddəsləri” mövcuddur. Ancaq unudulur ki, siyasət olan yerdə, siyasi şəxsiyyətlər və partiyalar olan yerdə sağlam, arqumentli, əsaslı və bəzən də əsassız, qərəzli tənqidin olması labüddür, qaçılmazdır. Zatən, belə olmasa inkişaf da getməz. Sağlam tənqid və bu tənqidə dözümlü yanaşma olmazsa, çatışmazlıqlar görünməz və onların aradan qaldırılması üçün cəhdlər olmaz. Mən burada qətiyyən qeyri-etik, əxlaqımıza, milli-mənəvi, dini dəyərlərimizə uyğun olmayan təhqir və böhtanlardan danışmıram. Belə yanaşmalara qiymətin verilməsi hüquqi baxımdan təsbit olunub. Burada söhbət hadisə və şəxslərin obyektiv tənqidindən gedir. Belə bir məşhur deyim var ki, adətən rəqiblər uzun müddət vuruşanda bir-birlərinə bənzəməyə başlayırlar.

Tural Abbaslı: ile ilgili görsel sonucu

Tural Abbaslı: “Azərbaycan iqtidarı və müxalifətinin böyük bir hissəsi…”

Hazırkı vəziyyətdə Azərbaycan iqtidarı və müxalifətinin böyük bir hissəsi bu baxımdan bir-birlərinə bənzəyirlər. Sadəcə fərq ondadır ki, iqtidar tənqidə və fərqli fikirlərə qarşı inzibati resurslarından istifadə edərək savaş açıb, müxalifət isə bu resursdan məhrum olduğu üçün daha çox mənəvi və psixoloji basqı, təzyiq vasitəsi ilə fərqli yanaşmaya savaş açıb. Bu da təbii ki, öz növbəsində siyasi proseslərin müsbətə doğru inkişafının önünü kəsir və hələ də yerimizdə saymış oluruq. Bu həm də bizim uzun müddət sovet idarə metodu ilə idarə olunmağımızdan, sonrakı müstəqillik dönəmində isə sözün həqiqi mənasında demokratik cəmiyyət qura bilməməyimizdən irəli gəlir”.

Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Əhməd Qəşəmoğlu: “Bizim insanlarda kiməsə sataşmaq istəyi formalaşıb”

Sosioloq Əhməd Qəşəmoğluya görə isə problıem bütün cəmiyyətlərə xas deyil: “Bu, insanların özünün dünyagörüşü, onun təhsil səviyyəsi ilə bağlı məsələdir. Mən uzun müddət Moskvada yaşamışam. Başqa ölkələrdə də tez-tez olmuşam. Azərbaycan əhalisi ilə başqalarını müqayisə etmək təcrübəsindən istifadə etmək imkanım olub. Moskvada dünyanın ən məşhur universitetlərin birində aspirant olmuşam. Orada insanlar bir-birini tənqid edəndə bunu acıqla təhqiretmə formasında etmirdi. Bu səbəbdən də tənqidə məruz qalan tərəf buna anlayışla qulaq asırdı. Bakıya qayıdandan sonra gördüm ki, insanlar bir-birinə tənqid olanda ciddi reaksiya verirlər. Bunun səbəbləri barədə xeyli fikirləşdim. Əvvəla, deyim ki, bizim insanlarda kiməsə sataşmaq istəyi formalaşıb. Elə bir söz demək istəyirlər ki, kiməsə sataşan söz olsun. Əks tərəfdən də buna qarşı çox ciddi dözümsüzlük var. Düşünürəm ki, bu bizim mentalitetdə arzu olunmayan haldır. Mentalitet də elə şeydir ki, bunu dəyişmək çətin olur. Amma istəsək, dəyişə bilərik. Bizim camaatda elə xüsusiyyət formalaşıb ki, biri digərinə sataşan söz deməkdən xoşlanır. Məsələnin kökü daha çox buradan qaynaqlanır. Bu cəmiyyətin özündə bir natamamlıq kompleksidir. Bunu ortadan götürülməsi üçün ciddi işlər görmək olar. Məsələn, buna teleseriallar, telekanallardakı müzakirələr, orta məktəbdə aparılan söhbətlər, məşğələlər kömək edə bilər. Burada ictimai qınaq da önəmlidir. Müzakirə etmək olar ki, bu cəmiyyətdə yaxşı göstərici deyil”. (Musavat.com)

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …