Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycandakı alkoqoliklərin sayı və hansı yaşlarda olduğu açıqlandı – RƏSMİ

Azərbaycandakı alkoqoliklərin sayı və hansı yaşlarda olduğu açıqlandı – RƏSMİ

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, müalicə – profilaktika müəssisələrində alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 21364 nəfərdir.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.

R.Süleymanov bildirib ki, qeydiyyatda olan xəstələr daha çox 60 və yuxarı yaş qrupundan olanlardır:

“Belə ki, ümumilikdə 1268 nəfər 15-29 yaş arası, 3403 nəfər 30-39 yaş arası, 5910 nəfər 40-49 yaş arası, 6782 nəfər 50-59 yaş arası, 4001 nəfər isə 60 və yuxarı yaşda olan xəstələrdir”.

DSK rəsmisinin sözlərinə görə, 2017-ci il ərzində alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 618 nəfər təşkil edib:
“Səhiyyə statistikasına dair məlumatlar illik dövrülüklə ildə bir dəfə əldə olunur və 2018-ci ilin yekun nəticələri üzrə məlumatlar 2019-cu ilin may ayında hazır olacaq”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …