Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda yüksək vəzifəyə təyinat – FOTO

Azərbaycanda yüksək vəzifəyə təyinat – FOTO

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim təyin olunub.

Bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Ramin Bayramlı imzalayıb.

Əmrə əsasən, Pərviz Nadir oğlu Hacıyev bu vəzifəyə təyinat alıb. Qeyd edək ki, P.Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.

Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. Özəl tibb müəssisəsində çalışıb. /Oxu.az

Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …