Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda yaddaşlarda qalacaq toy: Zakir Həsənov onları belə təbrik etdi – FOTOLENT

Azərbaycanda yaddaşlarda qalacaq toy: Zakir Həsənov onları belə təbrik etdi – FOTOLENT

Dünən Bakıda yaddaşlarda qalacaq toy mərasimi keçirilib.

Hərbi bloger Tofiq ŞahmuradovunLent.az -a verdiyi məlumata görə, aprel şəhidi Nürəddin Mirzəyevin qardaşı Nəcməddin ilə digər aprel şəhidi Rəşid Baxşəliyevin bacısı Gülzarın toyu olub. Toyda doğma insanlarla yanaşı aprel döyüşlərində iştirak edən qazilər, onların xidmət etdiyi komanda heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, habelə millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov, tanınmış sənətçilər və ictimaiyyət xadimləri iştirak ediblər.

Müdafiə Naziri Zakir Həsənov gəncləri qiymətli hədiyyə ilə təbrik edib.

Xatırladaq ki, hər iki şəhid bir yerdə xidmət edirdilər və Lələ təpə uğrunda döyüşlərdə həlak olublar.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …