Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda xarabalığa çevirilmiş universitet – VİDEO

Azərbaycanda xarabalığa çevirilmiş universitet – VİDEO

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) yeni görüntüləri yayılıb.

Bu barədə görüntülər İN Media yutub kanalında paylaşılıb.

13 il mütəxəssis hazırlayan ali məktəbi demək olar ki, xarabalığa çevrilib.

Görüntülərdə ABU-nun binasının otaqlarının dağılmış, həyətinin isə ot-alaf basıldığı öz əksini tapıb. Bir sözlə, hazırda həyəti tələbə üzünə həsrət qalmış sabiqə təhsil ocağı əsl xarabalığı xatırladır.

Qeyd: ABU 1997-ci ildə fəaliyyətə başlayıb. Ali təhsil ocağı bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutub. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərib, təhsil Azərbaycan və rus dillərində aparılıb.

1997-ci il Nazirlər Kabinetinin qərarı ilə özəl ali məktəb statusu alan universitet Ədliyyə Nazirliyinin şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçib. Fəaliyyəti dövründə 3 dəfə lisenziya ala bilsə də, 4-cü dəfə-2010-cu ildə ABU-ya lisenziya verilməyib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …