“Report”un xəbərinə görə, bununla bağlı qərar Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair geniş tərkibli iclasında qəbul olunub.

Belə ki, Anar Bağırovun sədrliyi ilə keçirilən iclasda bir sıra təşkilati, vəkillərin intizam, vəkilliyə qəbul imtahanlarına hazırlıq, habelə vaxtilə bütün imtahan mərəhələlərini keçmələrinə baxmayaraq, müxtəlif səbəblərdən vəkilliyə keçməmiş namizədlərin qəbulu məsələləri ilə bağlı qərarlar qəbul olunub, həmin namizədlərin andiçməsi keçirilib. Beləliklə, Kollegiyanın üzvlərinin sayı 10 nəfərdən çox artıb.