Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda vəkil məhkəmə zalında həbs olundu

Azərbaycanda vəkil məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində baş prokurorun keçmiş müavini, dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərova hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə M. Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib və istintaq zamanı azadlıqda olduğu üçün məhkəmə zalında həbs edilib. 
Qeyd edək ki, M.Cəfərov 1992-ci ildə baş prokurorun müavini olub. Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov hazırda 13 saylı Vəkil Bürosunda fəaliyyətini davam etdirir.
Zərərçəkmiş R.Yusifovun atası Rəhman Yusifov isə 2008-ci ilədək Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, həbs edilərkən isə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Qaradağ rayon şöbəsinin müdiri olub. 

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …