Ana səhifə / Cəmiyyət / Azərbaycanda taksidə siqaret çəkmək qadağan olundu – CƏRİMƏLƏR

Azərbaycanda taksidə siqaret çəkmək qadağan olundu – CƏRİMƏLƏR

Milli Məclis ictimai nəqliyyatda siqaret çəkməyin qadağan edilməsi barədə qanun layihəsi qəbul edib.

Oxu.Az-ın xəbərinə görə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə tətbiq olunacaq.

Bundan əlavə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlər də cərimələnəcəklər.

Layihə Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul olunub.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …