Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda tələbələrlə söhbət edən məşhur professorun sözləri qalmaqala səbəb oldu – VİDEO

Azərbaycanda tələbələrlə söhbət edən məşhur professorun sözləri qalmaqala səbəb oldu – VİDEO

Məşhur türkiyəli geologiya professoru Celal Şengörün Azərbaycanda bir tədbirdə tələbələrlə danışarkən dediyi sözlər qalmaqala səbəb olub.

Professor “Ən cahil türklər müsəlman olan türklərdir” deyib.

Sözügedən çıxışın görüntülərini tədbirdə iştirak edən azərbaycanlı tələbələrdən biri lentə alıb.

Professor bu sözləri tələbələrdən birinin “Sizcə müasir dövrdə türklər niyə cahil qaldılar” sualına cavab olaraq deyib: “Xeyr, türklər cahil qalmadılar. Onlar özlərini cahil etdilər. Ən cahil türklər müsəlman olan türklərdir”.

Professorun bu çıxışı sosial mediada da olduqca sərt şəkildə qarşılanıb. Türkiyəli siyasətçi Burhan Kuzu da professorun bu sözlərinə sərt cavab verib.

O, professora həddini bilməsini söyləyib: “Celal Şengör, sən müsəlman olmaya bilərsən, mən buna hörmət edirəm. Ancaq türkləri və müsəlmanları təhqir edə bilməzsən. Bu sözləri deyən bir şəxs elm adamı ola bilməz. Sənin tarixdən zərrə qədər anlayışın yoxdur. Sən, Osmanlı tarixinin önəmli elm adamları haqqında öyrən, ondan sonra danış”.  Musavat.com

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …