Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda “saxta” vəkilləri cəzalandıracaqlar

Azərbaycanda “saxta” vəkilləri cəzalandıracaqlar

Bundan sonra yalnız vəkillər “vəkil” adından istifadə edə və məhkəmə prosesində müdafiə tərəfinindən çıxış edə biləcəklər, qalanları isə cəzalandırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Vəkillər Kollegiyasının Rəyasət Heyətindən məlumat verilib.

Məlumata əsasən, son vaxtlar vəkil olmayan şəxslərin bu statusdan istifadəsinə dair kollegiyaya çoxsaylı şikayətlər edilib. Bu faktlar isə ölkə vətəndaşlarının keyfiyyətli hüquqi yardım almasına mane olur, həmçinin ümumilikdə vəkilliyə neqativ təsir edir.

Bu problemin həllini kollegiya “Patent və Əmtəə Nişanları” publik hüquqi şəxsində tapıb.

Bu günlərdə Vəkillər kollegiyasının Rəyasət heyəti qeyd olunan adları öz təşkilatının adına qeydiyyatdan keçirib: vəkil, адвокат, advokat, advocate, hüquq məsləhətxanası, Azərbaycan Vəkillər Kollegiyası, Azerbaijan Bar Association, Коллегия Адвокатов Азербайджанской Республики.

Vəkil olmayan şəxslər qeyd olunan ifadələrdən istifadə edə bilməyəcəklər. Əks halda inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunacaqlar. Belə ki, vəkilin adından və əmtəə nişanlarından istifadəyə görə AR CM-nin 197-ci və İnzibati hüquqpozmalar haqqında məcəllənin 399 və 412-ci maddələri ilə məsuliyyət nəzərdə tutulur.

Cəza tədbirləri bu ilin 1 aprelindən tətbiq edilməyə başlanacaq.

Qeyd edək ki, hazırda ölkədə 800-dək vəkil var və respublika əhalisinin 10 milyona çatdığını nəzərə alsaq, bu çox azdır. Misal üçün, Gürcüstanda 3 mindən artı vəkil var, bu ölkənin əhalisi isə 4 milyon nəfərdir. Hüquq elmləri doktoru, professor Kamil Səlimov kollegiyanın vəkillərinə sərbəst rəqabət imkanı verəcək alternativ srtukturu yaratmağı təklif etmişdi. O bunu hər bir vətəndaşın keyfiyyətli hüquqi yardım almaq hüququnun olması ilə izah etmişdi.

Lakin qanunvericilikdəki son dəyişikliklər əhaliyə keyfiyyətli hüquqi yardım almağa zəmanət vermir. Əvvəllər kollegiyanın üzvü olmayan hüquqşünaslar mülki işlərə buraxılırdılarsa, yeni qanun onları bu hüquqdan məhrum edir.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …