Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda qızların yeni trendi: “Otduşi” ley-pey, bomba kayfda”

Azərbaycanda qızların yeni trendi: “Otduşi” ley-pey, bomba kayfda”

Azərbaycanda “Kazbekə şey basım, zırlanım” video qalmaqalından sonra qızlar arasında yeni trend yaranıb.


Oxu.Az-ın xəbərinə görə, budəfəki trend də narkotik maddələri təbliğ edən musiqi üzərində qurulub. 

Belə ki, əsasən, qızlar İlkin Çərkəzoğlunun ifa etdiyi “Bomba kayfda” musiqisinə qısa videoçarxlar çəkir, həmin görüntüləri sosial şəbəkələrdə, xüsusən də “Instagram”da yayımlayır. 
Onların videoları sosial şəbəkələrdə ciddi mənfi reaksiyaya səbəb olub. İstifadəçilər narkotik maddələrin təbliğini pisləyib, bu işdə qızların alət olmasına xüsusi diqqət çəkiblər.
Qeyd edək ki, bir müddət əvvəl analoji hadisə yaşanmışdı. Belə ki, qızlar arasında məşhurlaşan “Kazbekə şey basım, zırlanım” musiqisinə çəkilmiş videolar cəmiyyətdə ciddi narazılıqla qarşılanmışdı. İşə hətta deputatlar, ictimai-siyasi xadimlər də qarışmışdı. Böyük ictimai qınaqdan sonra musiqisində narkotiki təbliğ edən Vüqar Səda həbs edilmişdi. 

VİDEO BURADA

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …