Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda orta ömür müddəti açıqlandı

Azərbaycanda orta ömür müddəti açıqlandı

“Azərbaycanda son illərdə, 2011-ci ildən 2017-2018-ci ilə qədər ölənlərin sayı artmayıb, ancaq doğuşun həcmi azalıb”.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, doğum göstəricilərinin aşağı olması valideynlərin, xüsusilə gənc ailələrin bir, ən yaxşı halda iki uşağa üstünlük verməsi ilə bağlıdır.

“Yəni, nəticə etibarı ilə doğum azalır, amma ölüm də artmır, insanların ömrü ilbəil uzanır. Bununla həm də insanların orta ömrü artmış olur”, – komitə sədri bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda orta ömür müddəti 75,2 ildir.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …