Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda neçə məscid, ziyarətgah, pir, kilsə və sinaqoq var? – Açıqlama

Azərbaycanda neçə məscid, ziyarətgah, pir, kilsə və sinaqoq var? – Açıqlama

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 793 dini qurum qeydiyyatdan keçib.

Azinforum.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, konfessional baxımdan dini qurumların 765-i İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Həmçinin Azərbaycan ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …