Ana səhifə / Cəmiyyət / “Azərbaycanda koronavirusun dinamikası İspaniyanı xatırladır”

“Azərbaycanda koronavirusun dinamikası İspaniyanı xatırladır”

“Ən qorxulu məqam koronavirusa yoluxanların sürətinin sağalanların sürətini üstələməsidir”.

Bunu AzTV-nin efirində Nazirlər Kabinetinin (NK) mətbuat katibi İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxanların sayı 104 nəfərdir ki, bu da ölkəmiz üçün rekord göstəricidir.

“Qorxulu məqam yoluxanların sürətinin sağalanların sürətini çox üstələməsidir. Azərbaycanda indiyədək 122 nəfərdə koronavirus aşkar edilib, cəmi 15 nəfər sağalıb. İspaniyada belə dinamika var idi. Orada da infeksiya həndəsi silsilə ilə artırdı. Ona görə də İspaniyanın səhiyyə sistemi bu işin öhdəsindən gələ bilmədi. Bu səbəbdən biz buna imkan verməməliyik.

Karantin rejimi imkan verir ki, cərimələr və məcburiyyətlər tətbiq edilsin. Amma hələlik bunu etmək istəmirlər, ümid olunur ki, insanlar öz fərdi məsuliyyətlərini başa düşəcəklər. Əgər bu, ölkə daxilində genişmiqyaslı epidemiyaya səbəb olsa, bunun altından çıxa bilməyəcəyik. Ona görə sonuncu müşavirədə şəhər və rayon icra orqanlarına tapşırıldı ki, karantin rejiminin tələblərinə ciddi əməl olunsun. Üç gün göstərir ki, insanlar karantin rejiminə əməl etmək istəmirlər”, – deyə İbrahim Məmmədov bildirib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …