Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda insan qəbiristanlığında pişik basdırılıb? – VİDEO

Azərbaycanda insan qəbiristanlığında pişik basdırılıb? – VİDEO

Sumqayıtda “Köhnə qəbiristanlıq” adlanan ərazidə insan qəbirlərinin yanında pişik qəbri də var. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Qəbiristanlıqda insan məzarının yanında pişik üçün qəbirüstü abidə düzəldilib.

“Masya” adlı pişiyin qəbri mərmərlə örtülüb, üzərinə heyvanın şəkli həkk olunub, ətrafı abadlaşdırılıb, yanında insanların əyləşməsi üçün oturacaq da qoyulub.

Maraqlıdır ki, bu qədər işlərin görüldüyü qəbiristanlıqda məzarlığa nəzarət edən şəxs basdırılma prosesindən xəbərsiz olduğunu deyir.

Pişiyin qəbiristanlıqda basdırılması və ya sadəcə başdaşı düzəldilməsini şəhər sakinləri də birmənalı qarşılayıblar.

Bəs insan qəbiristanlığında heyvan basdırılmasına ilahiyyatçıların münasibəti necədir?

İlahiyyatçı Gülağa İsmayılov hesab edir ki, insan olduğu yerdə heyvan dəfn basdirmaq qəbiristanlıq əhlinə hörmətsizlik sayılır.

Onun fikrincə, heyvanlar öldükdə basdırılmalıdır ki, hər hansı xəstəlik yayılmasın. Ancaq onların basdırılma yeri insan qəbiristanlığı deyil.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …