Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir

Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir

Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir.

Bunlar “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli Konstitusiya qanunu və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” 27 may 1992-ci il tarixli Konstitusiya qanunudur.
Konstitusiya qanunlarının ləğvi barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirə olunub. Müzakirələrdən sonra komitənin üzvləri hər iki Konstitusiya qanunlarının ləğvini parlamentin plenar iclasına çıxarılmasını tövsiyə ediblər.
Hər iki sənədin ləğv edilməsi “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” yeni qanun layihələrinin qəbul olunması ilə əlaqədardır. (ONA)

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …