Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda fərqli toy adətləri – VİDEO

Azərbaycanda fərqli toy adətləri – VİDEO

Elimizin toy kimi adəti var. Lakin indi danışacağımız toy adəti yalnız Ucara məxsusdur.  Burada xonçalar toyda satılır. İlk dəfə eşidənlər kimi biz də təəcüb içərisindəyik. Amma xonça adəti bununla bitmir.

Cürbə-cür yeməklər, salatlar, meyvələr,  sular və içkilər. Bunlar hamısı toya gətirilən xonçalın içərisində olur.Bu xoncların qiymətləri isə özləri kimi müxtəlifdir.

Kadrlar Ucar rayonundandır. Rayonun Məlikballı kəndində hələ qədim dövürlərdən qalan adət ənənə yaşadılmaqdadır. Qohumların toy gələn zaman içərisində bu cür qidalardan ibarət xonça gətirməsi mütləqdir.

Xonçalar əvvəlcə vağzalı sədaları altında toy çadırına gətirilir. Daha sonra toy sahibi tərəfindən təyin edilən toyun xanı tərəfindən siyahıya alınır. İçərisində olan çeşidlərə görə qiymət qoyularaq toya gələn qonaqlara satılır.

Xonçalar satıldıqdan sonra sonra toplanan pullar yığılaraq toyu olan bəyə əlavə nəmər kimi siyahı əsasında verilir. 

Toya gətirilərək satılan xonçalara içərisindəki çeşidlərə görə qiymət qoyulur. Ən ucuz xonça 30, ən bahalısı 50 manata satılan xonçalar toyda iştirak edən qonaqlar və gənclər tərəfindən alınır.

İştirak etdiyimiz toya gətirlən xonçaların içərisində ən bahalısı bəyin nənəsinin gətirdiyi idi. Bu xonça 50 manata qonaqlar tərəfindən alındı.

Qeyd edək bu adət yalnız oğlan toyunda təşkil olunur.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …