Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda elmi-tədqiqat qrupları yaradılacaq

Azərbaycanda elmi-tədqiqat qrupları yaradılacaq

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanda elmi-tədqiqat qrupları yaradılacaq və elmi araşdırma proqramları hazırlanacaq.

Elmi-tədqiqat qrupları beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutur. 

Müvafiq Dövlət Proqramında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib. 

Qeyd edək ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib. 

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …