Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda deputatların heç birində koronavirus aşkarlanmayıb

Azərbaycanda deputatların heç birində koronavirus aşkarlanmayıb

Milli Məclisin (MM) deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.

Bu barədə jurnalistlərə MM-nin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb.

Xatırladaq ki, deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçiblər.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …