Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda daha bir yazıçı intihar etdi – FOTO

Azərbaycanda daha bir yazıçı intihar etdi – FOTO

Bu gün Yasamal rayonu ərazisində intihar hadisəsi baş verib.
Rizvan Axundov adlı şəxs özünü yaşadığı mənzildə asıb. İlkin məlumata görə, onun intihar səbəbi məliyyə problemləri ilə bağlı olub. Mərhumun bank kreditlərinin olduğu, üstəlik bir müddətdir, işsizlikdən əziyyət çəkdiyi bildirilir.
R.Axundov 1972-ci ildə Ağdamda anadan olub. 1994-cü ildə İqtusad Universitetinin maliyye-kredit fakültəsini fərqlənməylə bitirib. 1994-98-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında Aspiranturada oxuyub. Mərhum elmi fəaliyyətlə yanaşı bədii yaradıcılqla da məşqul olub. O Rizvan Qorxmaz imzasıyla şeirlər və hekayelər yazırmış. “Qəlbin kövrək telləri” adlı kitabı da nəşr olunub.
Ailəlidir, bir övladı var.
BakiPost.az

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın