Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda bu siniflərdə tədris erkən bərpa olunacaq? (RƏSMİ)

Azərbaycanda bu siniflərdə tədris erkən bərpa olunacaq? (RƏSMİ)

Təhsil Nazirliyi doqquzuncu və 11-ci siniflərdə tədrisinin daha erkən bərpası barədə yayılan məlumatlara münasibət bildirib.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov məsələ barədə danışarkən bildirib ki, doqquzuncu və 11-ci siniflərdə tədrisin daha erkən bərpa olunması onların buraxılış sinifləri olması ilə əlaqəlidir:
“Bəzi ölkələr də bu təcrübəni tətbiq edir. Bəzi ölkələrdə ilk olaraq ibtidai siniflərin dərsləri başlayır. Bu da o yaşda orada yoluxmanın az olması ilə əlaqədardır. Doqquzuncu  və 11-ci siniflərdə tədrisin erkən bərpa olunması isə onların buraxılış sinifləri olması ilə əlaqədardır. Onları qarşıda buraxılış və qəbul imtahanları gözləyir”.  
“Bizdə də nəzəri olaraq bu qərar verilə bilər. Digər ölkələrdə ümumtəhsil səviyyələri üzrə belə bölgülər var. Ən əsası, gigiyenik təhlükəsizliyi təmin edə bilməkdir”, – deyə müşavir qeyd edib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …