Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda bu ərazidə bələdiyyə seçkilərinin nəticələri ləğv olundu – Rəsmi

Azərbaycanda bu ərazidə bələdiyyə seçkilərinin nəticələri ləğv olundu – Rəsmi

Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.

Bildirilib ki, MSK-ya daxil olan müraciətdə qeyd olunub ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində bəzi qanun pozuntuları baş verib. MSK nəzdində Ekspert qrupu tərəfindən şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb.

MSK-nın iclasında müzakirələrdən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilsin. Trend

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …