Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda böyrək satılır? – Açıqlama

Azərbaycanda böyrək satılır? – Açıqlama

Son 10 il ərzində Azərbaycanda böyrək alqı-satqısı halı qeydə alınmayıb. Bunu tam qətiyyətlə deyirəm. Camaat bu barədə danışır, ancaq bunların heç birinin əsası yoxdur.
Bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda böyrəklərin transplantasiyası üçün qohum olmayan şəxslərdən donor böyrəyin köçürülməsi halı aşkar edilməyib.

“Heç bir tibbi mərkəzdə belə əməliyyat aparılmayıb. Azərbaycan vətəndaşları başqa ölkələrdə – Pakistanda , İranda, Türkiyədə yazılı izahat əsasında öz böyrəklərini könüllü olaraq kiməsə vermək üçün əməliyyat aparırdılar. Lakin son 10 ildə belə hal olmayıb”.

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizovun transplantasiya üçün orqanların alqı-satqısına qanuni şəkildə icazənin verilməsi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirən F.Babayev deyib ki, bu məsələdə insan faktoru olduğu üçün müəyyən neqativ hallar baş verə bilər.

“Aydın məsələdir ki , həkimin işi böyrək köçürmə əməliyyatını icra etməkdir. Onun sosial və hüquqi bazası mütəxəssislər tərəfindən hazırlanmalıdır. Bu təklif insanların sağlamlığına yönəlib. Amma bunun hüquqi bazası olmadığı üçün müəyyən neqativ hallar baş verə bilər. Məsələn, hər hansı insanın öz orqanını satmaqda marağı ola bilər. Hər bir xəstə istəyər ki, ona böyrək köçürülsün və dializdən azad olunsun. Lakin böyrək köçürmə ağır əməliyyatdır. Burada düzgün böyrəyin seçilməsi vacibdir. Qanunvericiliyə əsasən, Azərbaycanda yalnız qohum və ailə üzvlərinin iştirakı ilə donorluq məsələsi həll oluna bilir. Hər bir ailə üzvünün böyrəyinin öz xəstəsinə uyğunlaşmama ehtimalı böyükdür. Müəyyən göstərişlər uyğun gəlmədiyi üçün xəstələrin əksəriyyətinə böyrək köçürmə əməliyyatı mümkün olmur. Əsasən cavan yaşlı xəstələr və onlara qohum donor olan insanlara böyrək köçürmə əməliyyatları aparılır”.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …