Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda beş min eşşək hara yoxa çıxıb?

Azərbaycanda beş min eşşək hara yoxa çıxıb?

Son üç ildə Azərbaycanda uzunqulaqların sayında beş minədək azalma baş verib.
Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatı düzgün deyil, uzunqulaqların sayının azalması beş mindən daha çoxdur:
“Azərbaycanda hansı əti yemək barədə heç bir göstəriş, hüquqi sənəd yoxdur. At, eşşək əti dönərxanalara, restoranlara, məktəblərə, bağçalara verilir və insanlar onu qəbul edirlər. Bir müddət əvvəl Ukraynadan saxta sertifikatla at ətinin ölkəmizə idxal olunduğu aşkarlandı. Fikrimcə, bu cür ətləri satanlar barədə Daxili İşlər Nazirliyi araşdırma aparmalı, cinayət işi açılmalıdır”.
Eyyub Hüseynov qeyd edib ki, birlik dövlət qurumları ilə birlikdə işləmək istəyir ki, insanlar at, eşşək ətini qida kimi qəbul etməsinlər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ölkədə 2016-cı ildə 35 816 baş, 2017-ci ildə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq olub.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …