Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda baş rejissor teatrda yaşayır: Evi yoxdur

Azərbaycanda baş rejissor teatrda yaşayır: Evi yoxdur

Mingəçevir teatrının Baş rejissoru, aktyor Vüsal Mehrəliyev teatrın otaqlarından birində yaşayır.

Bu barədə jurnalist İntiqam Valehoğlu sosial hesabında yazıb. O bildirib ki, aktyorun Mingəçevirdə qalmağa yeri yoxdur:

“Bilirsiniz harada qalır, harada yatır? Teatrda boş otaqlardan birinin döşəməsində. Quru döşəmədə, a kişi. Niyə? Çünki teatrın qonaq otağında dizə qədər zibil var, kondisionerini söküb satıblar. Maaş isə 430 manatdır, kirayədə qalmağa imkan vermir. Çünki adam Bakıda ailə qoyub gəlib, evə də 5-10 manat göndərməlidir.
İndi görün Moskvada ali teatr rejissorluğunu bitirib gəlmiş adamı nə günə qoyurlar. İndi başa düşürsünüz ki, ölkədə mədəniyyət niyə günbəgün geriyə gedir?”

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …