Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda bakirəlik probleminə həsr olunmuş – Yeni film çəkildi

Azərbaycanda bakirəlik probleminə həsr olunmuş – Yeni film çəkildi

Azərbaycanda müzakirələrə səbəb olacaq qısametrajlı film “İkinci güllə” təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, Natiq Rəsulun rejissorluq etdiyi ekran işində ucqar kəndlərin birində toy gecəsində baş verən əhvalatdan bəhs edilib.

Zifaf gecəsi  ilə bağlı sakinləri məlumatlandırmaq üçün kənddə “iki güllə” adətindən istifadə edildiyi göstərilib. Qeyd olunur ki, birinci güllə bəyə görə, ikinci güllə isə gəlinin bakirəliyini təsdiqləmək üçün atılır.

Lakin filmdə silahda texniki problemə görə ikinci güllənin acılmadığı göstərilib. Bu səbəbdən də gəlin toy gecəsi kənd əhalisinin qınağından qorxaraq intihar edib.

Qeyd edək ki, ssenari Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Yeni nəfəs” müsabiqəsinin qalibi olub və bu əsasla film çəkilib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …