Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda bəy toy günü şəhid dostunun məzarını ziyarət etdi – VİDEO

Azərbaycanda bəy toy günü şəhid dostunun məzarını ziyarət etdi – VİDEO

Azərbaycanda keçirilən toy mərasimi qeyri-adiliyi ilə yadda qalıb.

Azinforum.az  Femida.az-a istinadən xəbər verir ki, Mingəçevirdə baş tutan toy mərasimində bəy Anar Poladov xanımı ilə birlikdə şəhid dostunun məzarını ziyarət edib.

O, sosial şəbəkələrdə Aprel şəhidi Adil Adilzadənin məzarını ziyarət etdiyi videonu paylaşaraq bu sözləri yazıb:

“Ən böyük arzularımızdan biri də bir-birimizin toyunda iştrak etmək idi. Amma qismət belə imiş, dostum… Məkanın cənnət olsun. Səni ziyarət etmədən o toyda rahat ola bilməzdim”.

Xatırladaq ki, MAXE Adil Adilzadə 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olub. Məzarı Mingəçevir Şəhər Şəhidlər Xiyabanında yerləşir.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …