Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda açılan ilk eşşək fermaları… bu südün qiyməti niyə bahadır?

Azərbaycanda açılan ilk eşşək fermaları… bu südün qiyməti niyə bahadır?

Bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunun icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev və digər şəxslərin həbsi ilə bağlı əməliyyat keçirdi.

Əməliyyat prosesində məlum olub ki, icra başçısı qanunsuz yolla əldə etdiyi vəsaitlərlə müxtəlif obyektlər özəlləşdirib, işlədirmiş və onların arasında Neftçala rayonunda “Xol yolu” deyilən ərazidə eşşək ferması da var. Həmin fermada 200-dən çox cins eşşək saxlanılır, onların südü dərman vasitəsi kimi satılır.

Xatırladaq ki, iki il öncə Bakıda nəinki ölkənin, Qafqazın ilk eşşək ferması açıldığı barədə məlumat yayılmışdı. “Yeni Müsavat”ın əməkdaşı kimi Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən həmin fermada olaraq, geniş reportaj da hazırlamışdıq. Lakin bir qədər sonra ferma istehsal etdiyi südün tərkibində bakreriya aşkar edildiyindən bağlanmışdı. Bununla da “Azərbaycanda ilk eşşək ferması açıldı!” xəbərlərinin ardınca bağlanması xəbəri yayılmışdı.

eşek sütü ile ilgili görsel sonucu

Beləliklə belə məlum olur ki, bağlanan eşşək ferması heç də ilk deyilmiş. Sən demə paytaxtdan cəmi 126 km uzaqlıqda yerləşən Neftçala rayonunda da bu cür ferma fəaliyyət göstərirmiş.

Araşdırmalara əsasən ölkədə orta hesabla 500 qram eşşək südü  40-50 manata, 200 qramı isə 16-20 manata satılır.

eşek sütü ile ilgili görsel sonucu

Bəs eşşək südünün hansı özəlliyi var? Niyə bu südün qiyməti inək südündən dəfələrlə bahadır?

Hələ qədimdə Azərbaycanda eşşək südünün ana südünə yaxın olduğunu deyənlər, bu səbəbdən bəzən ehtiyac olduqda südəmər uşaqları bu südlə mayalandıranlar olub. Təbii üsullarla müalicə ilə məşğul olan ekspertlər qeyd edir ki, eşşək südünün faydası misilsizdir. Bu süd əsasən göy öskürəyin, dünyanın bəlasına çevrilən xərçəng xəstəliyinin, o cümlədən sədəf, serroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində misilsiz effektə malikdir. Onun tərkibindəki minerallar bədənin müqavimətini artırır, immunitet sistemini gücləndirir.

Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyə dövlətində çox sayda eşşək fermaları yaradılıb. Eşşək südü istehsal edən ölkələr arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin də var.

Serbiyada isə eşşək südündən pendir də hazırlanır. Pule pendiri adı altında hazırlanan pendir əsasən Balkan ölkələrində saxlanılan eşşəklərin südündən istehsal edilir. Məlum olub ki, dünyanın ən bahalı pendiri eşşək südündən hazırlanan pendirdir. 1 kq çəkili pendirin qiyməti 1000 avrodur. Onun belə baha satılmasına səbəb 1 kq. pendir üçün 25 litr eşşək südünün istifadə edilməsidir.

Seyfəddin Əsəd ile ilgili görsel sonucu

Mövzu ilə bağlı təbii üsullarla müalicə eksperti, həkim Seyfəddin Əsəd “Yeni Müsavat”a açıqlamasında eşşək südünün faydasının misilsiz olduğunu bildirib:

“Eşşək südü ana südünə yaxın ən yaxşı süddür. İnək, keçi südlərindən fərqli olaraq bu südü bişirilmədən içmək mümkündür, çünki onun tərkibi bakteriya saxlamır.

Eşşək südü əsasən göy öskürəyin müalicəsində misilsiz effektə malikdir. Məlum olduğu kimi, dünyada müxtəlif xəstəliklərin müalicəsində eşşək südündən istifadə edilir. Azərbaycanda isə bu südə hələlik yalnız göy öskürəyin müalicəsi zamanı müraciət edilir. Bu xəstəlik uşaqlar üçün daha çox təhlükəlidir və heç bir iynə-dərman eşşək südü qədər əhəmiyyətli olmur, belə məqamlarda bu süd əvəzolumaz müalicə vasitəsidir. Dünyada heç bir dərman göy öskürək xəstəliyində eşşək südü qədər əhəmiyyətli ola bilmir.

Beləliklə eşşək südünün tərkibi zəngin maddələrlə doludur. Bu süd həm də qrip xəstəliklərinin müalicəsində də misilsizdir.

Südünün bu cür əhəmiyyətli olmasına görə Almaniyada eşşəyə heykəl qoyublar.

Eşşək südünün bahalı olmasına gəldikdə isə, bir eşşək gün ərzində cəmi 100 qram süd verə bilir. Ona görə də onun südünün qramı bahalıdır.

Bir müddət bundan əvvəl Bakı ətrafında eşşək ferması yaradılırdı. Lakin az keçməmiş həmin ferma bağlandı. Bu da eşşək südü axtaran insanlara çətinlik yaradır. İnsanlar bu süddən əldə etmək üçün rayonlara üz tutur ki, rayonlarda da bu südü çox baha qiymətə satırlar”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …