Ana səhifə / Cəmiyyət / Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verildi

Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verildi

Azərbaycanda pozuntulara yol verdiklərinə görə, 6 hakimin səlahiyyətlərinə xitam verilib.

Bu barədə Məhkəmə-Hüquq Şurasının dekabrın 21-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında məlumat verilib.

Yığıncaqda vurğulanıb ki, səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun sayılıb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …