Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda 1700 manata pişik satılır (FOTOLAR)

Azərbaycanda 1700 manata pişik satılır (FOTOLAR)

Azərbaycanda alış-veriş saytlarında pişik satışı ilə bağlı elanlar yerləşdirilib.
Unikal.org-un məlumatına görə, sözügedən saytlarda diqqət mıkın əqam pişiklərin növü və qiymətləri olub. Maraqlıdır ki, rəng və üzərindəki xallara görə, pələng balasına oxşayan  Benqal Pişiyi 1500 manata satılır. 
Digər diqqət çəkən pişik növü Britaniya pişiyidir, qiyməti 850 manatdır. Şotland pişiyi üçün sahibi 500 manat qiymət yazıb. 
Ən diqqət çəkən pişiklərdən biri də sfinkslərdir. Heyvanın sahibi sfinks pişik balası üçün 800 manat tələb edir. 
Ekzotik pişiyin sahibi isə satdığı heyvan üçün 1700 manat tələb edir. Bu pişiklər Amerika pişiyi kimi tanınır. 
Amerika pişiklərindən biri də abissindir. Sözügedən alış-veriş saytında bu pişik növü üçün 1600 manat qiymət qoyulub. 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …