Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda 10 arvad alan kişidən şok açıqlama: “Məni sevirdilər” – VİDEO

Azərbaycanda 10 arvad alan kişidən şok açıqlama: “Məni sevirdilər” – VİDEO

ARB TV-də yayımlanan “Çıxış yolu Afət Rahilqızı ilə” verilişində maraqlı anlar yaşanıb.
Lənkəran rayon sakini Kafiyə adlı qadın proqrama keçmiş həyat yoldaşından şikayət edib. Bildirib ki, İsmayıl bəy xəstə qız övladına sahib çıxmır, Qızının müalicəsinə heç bir yardım göstərmir. Qadının sözlərinə görə, 67 yaşlı İsmayıl 10 dəfə ailə həyatı qurub və ayrılıb. O, digər nikahlarından olan övladlarına da sahib çıxmır.
Məsələnin dəqiqliyini öyrənmək məqsədi ilə verilişin çəkiliş komandası Yevlax rayonunda yaşayan İsmayıl adlı kişinin evinə gedib. İsmayıl bəy isə  7 dəfə evləndiyini söyləyib:
“Birinci dəfə Kafiyə ilə nikahsız bir yerdə yaşamışıq. Ondan olan oğluma Bərdədə ev tikib vermişəm. Təkcə 3-cü arvadımla sevib ailə qurmuşam. O, Kəlbəcərdə sel zamanı dünyasını dəyişdi. Elə onun yasında bir qadın məndən xoşu gəldiyini söylədi. Mənə onunla evlənməyi təklif etdi. Sonda onunla ailə qurdum. O da söyüş söydüyü üçün evdən çıxıb Rusiyaya getdim. Burada da bir qız məni sevdi, onunla evləndim”.(a24.az)

 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …