Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda 1 həftə əvvəl həbs edilən kriminal avtoritet öldü

Azərbaycanda 1 həftə əvvəl həbs edilən kriminal avtoritet öldü

Azərbaycanda bir həftə əvvəl həbs edilən “Diska Nəriman” ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev vəfat edib.

Saxlanıldığı müəssisədə “Diska Nəriman”ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə “Diska Nəriman” kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Lent.az

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …