Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Azərbaycanda bahar fəsli başlayıb.

Azinforum.az Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, yaz fəsli Azərbaycana martın 21-də Bakı vaxtı ilə saat 01:58-də daxil olub.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayıb.

Qeyd edək ki, iyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də 11:50-də payız, dekabrın 22-də 08:19-da isə qış fəsli ölkəyə qədəm qoyacaq.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …