Ana səhifə / Cəmiyyət / Azərbaycan vətəndaşları Tatarıstanda kütləvi şəkildə zəhərlənib?

Azərbaycan vətəndaşları Tatarıstanda kütləvi şəkildə zəhərlənib?

Azərbaycan vətəndaşlarının Yelabuqdakı mehmanxanada kütləvi şəkildə zəhərlənmələri barədə məlumat yayılıb.

Virtualaz.org bildirir ki, bu barədə şəxsi mənbələrinə istinadən “Tatar-inform” agentliyi xəbər yayıb.

Bildirilir ki, hadisə bu gün Yelabuqdakı “Həyat-otel” mehmanxanasında baş verib. Azərbaycanın 19 vətəndaşı qarında kəskin ağrı və ürək bulanmasından şikayətlərlə həkimlərə müraciət ediblər. Bir zərərçəkmiş tibbi müayinədən sonra xəstəxanaya yerləşdirilib.

Bununla belə, həmin mehmanxananın meneceri Oleq Nəzərov iddia edib ki, deyilənlər yalandır: “Mehmanxanada Azərbaycandan həqiqətən də 19 nəfərdən ibarət işçi nümayəndə heyəti yerləşdirilib. Gündüz qrupdakı qonaqlardan biri özünü pis hiss edib və ora dərhal həkimlər gəliblər. Arterial təzyiqi aşağı düşmüş kişi xəstəxanaya yerləşdirilib, nümayəndə heyətinin qalan üzvləri əvvəlki kimi mehmanxanada yaşayırlar”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …