Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan Turizmi üçün əsas problem – VİDEO

Azərbaycan Turizmi üçün əsas problem – VİDEO

Azərbaycanda Turizmin son illərdəki dinamik artım tempi turistlər üçün təqdim edilən məhsul və xidmətlərin keyfiyyəti məsələsini gündəmə gətirir.
Ölkəmizdə mövcud olan bütün ictimai-mədəni-kütləvi tədbirlərin keçirilmə dili əksər hallarda öz doğma dilimiz və ya rus dilində təşkil edilir. Kinoteatrlarda da həmçinin əksər yayımlar rus dilində təqdim edilir. Bu məqam təəsüflər olsun ki, ölkəmizə gələn əcnəbi turistlər və şəhərimizin müvəqqəti sakini olan qonaqlar (expatlar) üçün əlverişli sayıla bilməz və Azərbaycanda ingilis dilli əyləncə proqramları üçün böyük ehtiyac formalaşmaqdadır.
2017-cı ildə təsis edilən “Baku Entertainment Factory” (BEF) şirkəti Azərbaycan bazarında ingilis dilli əyləncə proqramlarının əsas təminatçısı olmaqla uğurla inkişaf etməkdədir. Bakının mərkəzləşdirilmiş bilet kassalarında satışa çıxarılmaqla təqdim edilən Azərbaycanda ilk ingilis dilli Comedy Show layihəsinin müəllifi Baku Entertainment Factory-dir.

Qeyd edək ki, qeyd edilən “BEF Comedy Show: Escape from Serious” adlı bu layihə ölkəmizdə maraqla qarşılanmışdır və 1 Aprel tarixində Şövkət Ələkbərova adına Opera Studiyasının Konsert Salonunda keçiriləcək proqramın biletləri iticket.az saytında, şəhərimizin bütün bilet kassaları və ASAN Xidmət mərkəzlərində satışa çıxarılmışdır. Belə ki, layihə haqqında şirkətin www.entertainment.az saytı vasitəsilə məlumat əldə etmək olar.

Qeyd edək ki, Azinforum.az İnformasiya Portalı  bu layihənin informasiya dəstəkçisi rolunda çıxış edir.

 

Azinforum.az

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın