Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan toponimləri bərpa edilən portal yaradıldı

Azərbaycan toponimləri bərpa edilən portal yaradıldı

“www.realmap.az pоrtalının  özəlliyi Ermənistanın ərazisində Azərbaycan toponimlərini bərpa etməklə onlara yeni nəfəs verməsindədir. Bununla mövcud Ermənistan respublikasının əzəli oğuz torpaqlarında yerləşdirilməsi əsaslı coğrafi və demoqrafik dəlillərlə isbat olunur”.

Bu fikirlər bu gün www.realmap.az pоrtalının təqdimat mərasimində bildirilib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən www.realmap.az onlayn xəritə pоrtalının təqdimat mərasimində bildirilib ki, portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olan 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilib: “Azərbaycan  Prezidenti İlham Əliyev Azərbaycan  ərazilərində yerləşdirilən Ermənistan haqqında bütün beynəlxalq  tribunalardan bəyan edir ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq.  www.realmap.az    onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır.

Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olan 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilib. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilir. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapıb.  Ermənistanda soydaşlarımıza qarşı törədilən  soyqırımın  təzahürü kimi önə çəkilib.  Xəritə ilə yanaşı portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr yer alıb.  Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir  sənədlər yerləşdirilib, kəndlərin adları əlifba üzrə sıralanıb və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilib”.

Qeyd edək ki,  layihənin koordinatoru Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şalalə Həsənovadır.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …