Bu barədə əməkdar jurnalist Azər Həsrət məlumat verib:

Təsəvvür belə etmək istəməzdim, amma baş verib. Təhsil Nazirliyi orta məktəblərin 10-cu sinifləri üçün tarix dərsliyi nəşr etdirib. Dərslik məktəblərə də paylanıb. Naşir “Şərq – Qərb” nəşriyyatıdır. Və bəlli olub ki, bu tarix dərsliyində dənizdən dənizə böyük Ermənistanın xəritəsi verilib”.

Azər Həsrət onu da bildirib ki, Təhsil Naziriyi məsələdən xəbər tutan kimi tarix kitablarını məktəbdən yığışdırıb:

“Səs-küy qopub, etirazlar başlayıb, nazirlik bunu ört-basdır etmək üçün dərslikləri say hesabıyla məktəblərdən yığışdırıb. Ola bilər ki, proses hələ başa çatmayıb. Hər yoldan ötənə dərslik yazdırıb, hər yoldan ötəni də bu “dərslik”ləri yoxlamaq üçün ekspert təyin etməyin axırı belə olur. Mövzu diqqətimizdədir”.