Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan sərhəd qoşunlarının polkovniki iranlı həmkarı ilə körpüdə – FOTO

Azərbaycan sərhəd qoşunlarının polkovniki iranlı həmkarı ilə körpüdə – FOTO

Bu gün Azərbaycan və İranın sərhəd dəstələrinin komandirləri iki ölkəni birləşdirən dəmiryol körpüsündə olub. İranın “Mehr” agentliyinə xəbər verir ki, İran Astarası ilə Azərbaycanın Astara rayonunu birləşdirən dəmiryol körpüsü artıq istifadəyə hazırdır. Və iki ölkənin Astara sərhəd dəstələrinin komandirləri İranla Azərbaycanı birləşdirən yeni nəqliyyat dəhlizi üzərində yerləşən körpüdə olublar və xatirə fotoları çəkdiriblər.

İki ölkə sərhədindki dəmiryol körpüsündə keçirilən görüşdə İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib ki, bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi və Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək.

A. Nəzəri Cənub-Qərb dəhlizi və Qara dənizin Fars körfəzinə birləşdirilməsinin qarşıda duran böyük layihələr olduğunu diqqətə çatdırıb. Bu dəhliz vasitəsilə Avropa ölkələrinin yükləri Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsi ilə Fars körfəzinə və Hindistana, o cümlədən digər körfəz ölkələrinə daşınacaq: “Bu layihə ilə bağlı ticari və texniki danışıqlar aparılıb”.

İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru deyib ki, Azərbaycan Respublikası Astara terminalının tikintisinə 60 milyon dollar, Astara-Rəşt dəmir yolu xəttinin tikintisinə isə 500 milyon dollar investisiya yatırır.(Virtualaz.org)

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …