Ana səhifə / Cəmiyyət / “Azərbaycan” mahnısı məşhur hind filmində –Bəstəkar Dev Burman 1985-ci ilə bu naməlum mahnını nə üçün yazıb? /VİDEO

“Azərbaycan” mahnısı məşhur hind filmində –Bəstəkar Dev Burman 1985-ci ilə bu naməlum mahnını nə üçün yazıb? /VİDEO

1985-ci ildə Hindistanda məşhur bəstəkar Rahul Dev Burman “Azərbaycan” adlı mahnı bəstələyib.

Burman indiyə qədər Azərbaycanda naməlum olan bu mahnını hind filmlərində qadın partiyalarının ifaçısı Aşa Bhosle ilə duet şəklində oxuyaraq lentə yazdırıb.

Mahnının əvvəlində Aşa Bhosle Rahul Burmandan Azərbaycanın harda yerləşdiyini soruşur. Burman da Özbəkistan və Qazaxstanın adını çəkir, daha sonra Azərbaycan barədə danışır.  Aşa Bhosle bir neçə yerdə rus dilində “Xoroşo”, sonda isə “Do svidaniya” deyir.

Bu mahnı daha sonra 1987-cı ildə çəkilmiş və baş rollarda Hema Malini, Rekha, Mandakini və Citendra kimi məşhurl aktyorların oynadıqları “Apne apne” (Səninki səninki) filmində də səslənir.

Populyarlıq qazanmış bu mahnı sonrakı illərdə müxtəlif kaver versiyalarda, konsertlərdə ifa edilib. Bu gün də sevilən mahnı sayılır.

Dev Burman Hindistanda Bollivudun ən məşhur filmlərinə musiqi yazan bəstəkar kimi tanınır.

Hindi Musiqi Sənayesinin ən uğurlu musiqi direktoru sayılan Burman 1960-cı illərdən 1990-cı illərə qədər 331 film üçün musiqi partituraları bəstələyib.

O, 1994-cü ildə vəfat edib.

Dev Burmanın uzaq 1985-də Azərbaycan haqqında bu mahnını nə məqsədlə yazdığı məlum deyil. Mümkün versiyalardan biri musiqinin SSRİ-Hindistan dostluğu çərçivəsində hansısa layihə üçün yazılmasıdır.

Azpost.info

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …