Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan-Gürcüstan sərhədində dəhşətli tıxac – FOTOLAR

Azərbaycan-Gürcüstan sərhədində dəhşətli tıxac – FOTOLAR

Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac yaranıb. BakuPost xəbər verir ki, tıxac Gürcüstan tərəfdən Azərbaycana keçid zamanı müşahidə olunub.

Belə ki, qonşu ölkədən Azərbaycana keçmək istəyənlər saatlarla gözləməli olub.

Sərhədi keçmək istəyən insanlar ölkəyə demək olar ki, 1-1 və uzun müddət ərzində yoxlanılaraq buraxılıb. Maşınlar isə saatlarla növbədə gözləməli olub. Böyük insan və maşın tıxacının yaranması isti havada gözləyən insanların səhəttində ciddi problemlər yaradıb. Bir neçə nəfərin halı pisləşib və ətrafdakı insanlar ona müdaxilə ediblər.

Qeyd edək ki, hər il yay ayları ərzində Azərbaycan-Gürcüstan sərhədində anoloji hal yaşanır/Azpolitika.info.





Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …