Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan dili ölüm ayağındadır – Aqşin Yenisey

Azərbaycan dili ölüm ayağındadır – Aqşin Yenisey

“Qanun” Nəşrlər Ecinin sahibi Şahbaz Xuduoğlunun Azərbaycan dilinin hazırkı acınacaqlı durumu ilə bağlı yazısı ətrafında başlanan müzakirələr səngimir.

Müzakirələrə tanınmış şair Aqşin Yenisey də qoşulub.
O, Şahbaz Xuduoğlunun dediklərinin həqiqət olduğunu bildirib:

Dilimizin bugünkü vəziyyəti eynən eramızdan əvvəl I əsrdəki latın dilinin vəziyyətidir.
Eramızdan əvvəl I əsrdə latın dili şimaldan qall, etrusk, cənubdan yunan dilinin mühasirəsində can verdiyi kimi bu gün Azərbaycan dili də şimaldan rus, qərbdən Anadolu türkcəsinin və ingilis dilinin təhdidi altındadır.
Latın dili mühasirəyə təxminən 200 il dözə bildi və bir gün tab gətirməyib hiss olunmadan canını tapşırdı. Görək bizimki nə qədər dözəcək.Meyxana dilində siyasət!
Meyxana dilində media! (Dünən dövlət qəzetlərinin birində belə bir başlıq oxudum: “Ağcəbədi çörəkli rayondur”. Bu, küçə səviyyəli bir meyxana qafiyəsidir).

Dükanlarda ən çox satılan ədəbiyyat meyxana dilində!

Kino meyxana dilində!

Hətta hamının təriflədiyi o serial da, sadəcə, meyxananın dilini və mövzularını seriala gətirdiyi üçün uğur qazandı.

Azərbaycan dilinin rəsmi statusu var: “Dövlət dili”. Dilimizin bu acınacaqlı vəziyyətindən vətəndaşlardan daha çox dövlət narahat olmalıdır, çünki ölüm ayağında olan bu dil onun rəsmi dilidir.
Bir şeyi də unutmayaq ki, dillərin xilaskarı da, qatili də uşaqlardı.

Məsələn, etrusk dilini romalılara sevdirən də balaca romalılar idi, unutduran da onlar oldu.

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …