Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azər Həsrət Əfqan Muxtarlıdan yazdı: ” Şəxsi yazışmada mənə yazmadığı söyüş qoymadı”

Azər Həsrət Əfqan Muxtarlıdan yazdı: ” Şəxsi yazışmada mənə yazmadığı söyüş qoymadı”

Əfqan Muxtarlını tutublar. Allah qapısını açsın. İllər öncə bu adamla bağlı acı bir olay yaşamışdım. Sosial şəbəkələrin təzə-təzə vüsət aldığı dövr idi. Bu Əfqan mənə şəxsi yazışmada yazmadığı söyüş qoymadı. Bir mübahisəmiz düşmüşdü. Mən ha çalışdım ki, bununla mədəni davranım, alınmadı. Adam ağzını açıb gözünü yumdu. Qərara gəldim ki, onun söyüşlərini və ümumiyyətlə yazışmalarımızı dərc edib Daxili İşlər Nazirliyinə şikayət edim. Ərizəm də hazır idi. Göndərmək üzrə idim. Elşad Paşasoy və Rey Kərimoğlu bu adamın dadına çatdı. Həm də özündən xəbərsiz. Elşad dedi ki, ondan şikayət edəcəksən, tutub cəzalandıracaqlar, baiskar da sən olacaqsan. Hamı da deyəcək ki, Azər Həsrət müxalifətçini tutdurdu. Gəl sən bu məsələni başqanla (İsa Qəmbər) müzakirə elə. Qoy başqan bir tədbir görsün. Bu təklifə Rey də dəstək verincə “lənət şeytana” deyib razılaşdım. İsa bəyə zəng edib görüş istədim. Sağ olsun, gözlətmədi. Görüşdük. Yazışmalarımızı təqdim etdim. Oxudu, gözləri kəlləsinə çıxdı. Dedim, bəy, bu adam sizin partiyanın üzvüdür, onu bir tənbeh edin, belə ədəbsizlik etməsin. İsa bəy qayıtdı ki. bizim partiyada on minlərlə üzv var, mən hamısına görə cavab verə bilmərəm ki…

 


Nə isə. Mənim gözləntim o idi ki, İsa bəy partiya sədri kimi bu adama heç olmasa sözlə deyə bilərdi ki, belə etmə. Amma demədi. Lakin mən də ürəyimi boşaltdığım üçün, üstəlik Elşadla Reyin sözünü yerə salmamaq üçün şikayət fikrimdən vaz keçdim və məsələni unutdum. Həm də sonra başqa dostlardan da eşitdim ki, bunun söyüşmədiyi adam qalmayıb. Hətta, yumşaq desək, Rauf Arifoğluyla belə yola getmədiyi üçün “Yeni Müsavat”dan uzaqlaşdırılıb…
İndi görürəm ki, bu Əfqanı tutub Bakıya gətiriblər. Bəzi dostlarımız da onu aydan arı, sudan duru, yaxud da süddən çıxmış ağ qaşıq kimi qələmə verməyə çalışırlar. Sən demə bu adam demokratiya savaşçısı imiş…
Eh, Elçibəy demiş, doğrudan da zaman başqa şeymiş…

Azər HƏSRƏT

Azinforum.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın