Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Aynur Camalqızının qəzeti bağlandı, saytlarında isə kütləvi ixtisar aparıldı

Aynur Camalqızının qəzeti bağlandı, saytlarında isə kütləvi ixtisar aparıldı

Aynur Camalqızının rəhbərlik etdiyi “Gündəlik Teleqraf” qəzeti fəaliyyətini dayandırıb.

AzNews.az-a daxil olan məlumata görə, baş redaktor Taleh Şahsuvarlı artıq qəzetdən ayrılıb. Məlumata görə, qəzet bağlansa da, teleqraf.com saytı fəaliyyətini davam etdirəcək.

Məlumata görə, Aynur Camalqızının rəhbərlik etdiyi digər saytlarda – publika.az və axar.az-da kütləvi ixtisarlar aparılıb. Saxlanılan işçilərin maaşları isə azaldılıb.

Məsələ ilə bağlı A.Camalqızı ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın