Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Aydın Mirzəzadə Rasim Musabəyovu qınadı

Aydın Mirzəzadə Rasim Musabəyovu qınadı

Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun “Azneft” meydanındakı yeraltı keçiddə uşağın popkorn satması ilə bağlı etdiyi etirazlara münasibət bildirib.

YAP-çı deputat məsələ barədə fikirlərini “Facebook” səhifəsində paylaşıb.

“O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa, pul qalaydı”.

Xatırladaq ki, deputat Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə uşağın popkorn satmasına etiraz edərək azyaşlının vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü bildirib. Nəticədə uşaq popkorn aparatı ilə birlikdə ərazidən çıxarılıb.

Onu da qeyd edək ki, Rasim Musabəyovun həmin uşaqla bağlı yazdığı statuslar, sərgilədiyi mövqe sosial şəbəkələrdə böyük narazılıqla qarşılanıb və sərt tənqid olunub.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …