Deputat bu barədə sosial şəbəkədə məlumat verib. O, qeyd edib ki, ata-balanın eyni ali məktəbə daxil olması xəbərini AzNews.az-dan oxuyub və 53 yaşlı tələbə Kərəm Süleymanovla telefonla danışıb:

“AzNews.az saytında Ağcəbədi rayon Sarıcalı kəndinin sakini Kərəm Süleymanovun qızı Nərgiz Süleymanova ilə birgə Bakı Dövlət Universitetinin informatika müəllimliyi ixtisasına qəbul olunması xəbərini oxudum. Ona zəng etdim, özünün və qızının uğurları və Qurban bayramı münasibəti ilə təbrik etdim. Onun bu addımının cəmiyyətə yaxşı bir nümunə olduğunu bildirdim”.

Aydın Mirzəzadə hər iki tələbə ilə Qurban bayarmından sonra görüşəcəyini deyib.