Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / AXCP sədrinin müavininin məhkəməsi başlayıb

AXCP sədrinin müavininin məhkəməsi başlayıb

Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra G.Bayramlının vəkili Elçin Sadıqov məhkəmədə vəsatətlə çıxış edib. O, müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsini və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb. Özünü şübhəli apardığına görə, onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir. (Report)

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …